“Qəbələ” “Qarabağ”la kubok oyununun hazırlıqlarını davam etdirir.  

Klubun üç futbolçusu hazırlıqda iştirak etmir. Omar Hani müalicəsini davam etdirir. Fernan Lopes artıq komanda ilə məşqlərə qatılıb. Yaovi Akakpo və Gülağa Əsədov proqram üzrə bərpa prosesini davam etdirir. Qeyd edək ki, "Qəbələ" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda"Qarabağ"ın qonağı olacaq. Qarşılaşma 29 aprel tarixində, saat 17:30-da baş tutacaq.